Azərbaycan Sənaye Korporasiyası ağacəkmə aksiyası keçirib

18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar olaraq “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mərkəzi aparatı, eləcə də Cəmiyyətin törəmə müəssisələrindən olan “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC-nin rəhbər heyəti və kollektivlərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Salyan şossesinin 27-29-cu kilometrliyində yerləşən “Yeni Şəhər” kompleksinin ərazisində təşkil olunan aksiyada “Azərbaycan Sənaye Korporasiyası” ASC və törəmə müəssisələrin əməkdaşları tərəfindən ümumən 260 ədəd eldar şamı ağacı əkilib.

Aksiyanın keçirilməsində məqsəd yaşıllıq əraziləri genişləndirmək, ekoloji tarazlığın bərpasına nail olmaq, ətraf mühitin qorunmasına kömək etmək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Fotolent

Yeni xəbərlər