30 noyabr 2021-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin Müşahidə Şurasının iclası keçirilmişdir. Müşahidə Şurasının sədri, Korporasiyanın Baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə keçirilən iclasın gündəliyində “Azəralüminium” MMC-nin 2022-ci ilinin büdcə layihəsi, Müşahidə Şurasının komitələrinin yaradılması və onun rəhbərlərinin vəzifəyə təyin edilməsi kimi məsələlər müzakirə olunmuş, Baş direktor və digər vəzifəli şəxslərin məruzələri dinlənilmişdir. Sonda büdcənin tövsiyyə edilən dəyişikliklər nəzərə alınmaqla “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasına təqdim olunması üçün razılıq verilmiş və Cəmiyyətin Müşahidə Şurasının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə yardımçı komitələr yaradılmışdır. Yardımçı komitələrin rəhbələri Müşahidə Şurasının müstəqil üzvlərindən seçilmişdir.