“Azərtütün ASK” MMC-nin Zaqatala TİEM-də mülki müqavilə əsasında işləyən, 06 may 1996-cı il təvəllüdlü Məmmədov Vidadi Etibar oğlu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Məmmədov Vidadi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən 21 sentyabrda səfərbər olmuşdur.
V.E. Məmmədov 22.07.2020-ci il tarixindən Zaqatala TİEM-də çalışırdı.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin kollektivi olaraq həlak olan şəhidmizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan səbr və dəyanət diləyirik.
Allah rəhmət eləsin !