“Abidə” MTK-nın binası üzrə tikinti-quraşdırma işləri davam edir

       Ötən iki həftə ərzində “Abidə” MTK-nın binası üzrə tikinti-quraşdırma işləri davam etdirilərək  S.Tağızadə küçəsi səmtində abadlaşdırma və yaşıllaşdırma işləri çərçivəsində 6 ədəd xan çinarı ağacı, 8 ədəd dekorativ kol əkilmiş, ağaclar  ziyanverici həşəratlardan qorunmaq məqsədilə əhənglənmiş, istinad divarının küçə tərəfi “binder” məhlulu ilə yuyularaq “ağlay” rəngində fasad emulsiyası ilə ikiqat boyanmışdır.

       Həmçinin bu istiqamətdə 170 kv.m ərazi 6 sm qalınlığında asfaltla örtülmüşdür.

       L.Tolstoy küçəsi tərəfdə əlavə olaraq 2 ədəd, M.Muxtarov küçəsi tərəfdə isə 10 ədəd vitraj bütünlüklə şüşələnib qurtarmışdır.

       İki ədəd su anbarından bir ədədinin sütunları, xarici divarları, rigel, tir və örtük tavası B25 markalı betonla betonlanmış, 1-ci blokun giriş-çıxış qapısı qarşısında tikilmiş istinad divarının bina tərəfə baxan hissəsi sement-qum məhlulu ilə suvanmış və divarın arxa tərəfi əvvəllər sökülmüş birmərtəbəli binanın həyəti yağış kanalizasiya sistemi yaradılmaqla 6 sm qalınlığında asfaltla örtülmüşdür.

       L.Tolstoy küçəsi istiqamətində istinad divarının davam etdirilməsi məqsədilə 40x40 sm en kəsikli monolit dəmir-beton özül qurulmuşdur.

       Binanın -11.25 səviyyəsinə giriş pandusunun sol tərəfindəki daş divarın 12,4 kv.m fasadı sement-qum məhlulu ilə suvanmışdır.

       Zərgərpalan küçəsi səmtində -4.95 qeyri-yaşayış səviyyəsinə qalxıb-düşülməsini təmin edəcək iki ədəd monolit dəmir-beton lentvari pilləkənlərin, 8.35 səviyyəsinə giriş-çıxış üçün nəzərdə tutulan 3-cü blokun eni boyu nəzərdə tutulan pilləkənlərin, eləcə də  çuxur meydançasının 28x4 m ölçüdə çalası qazılmış və çıxan qruntun 2-ci qrupu pandus divarlarının əks doldurulması üçün istifadə edilmiş, seçilmədən sonra qalanları  tikinti  zibili olaraq yük maşınları ilə ərazidən daşınmışdır.

       M.Muxtarov küçəsi səmtində əvvəllər çəkilərək istiqaməti qeyri-müəyyən olan drenaj xəttinin davam etdirilməsi məqsədilə (drenaj quyularının üstləri inşaat zibili ilə örtülmüşdür.) xüsusi texnikaların köməyi ilə 12.4 m dərinliyində çalanın qazılması davam etdirilir. Belə ki, artıq 816 m³ qrunt qazılaraq iri tutumlu yük maşınları ilə ərazidən  daşınmışdır.

        Hər 3 blokun damda yerləşən lift maşın bölmələrinin havalandırılmasını təmin edən hava kanalları quraşdırılaraq,  “AHU” havalandırma mexanizminə qoşulmuşdur.

        1-ci blokun eyvanlarında “ağlay” daşından məhəccərlərin quraşdırılması davam etdirilmiş, bununla da 2-ci mərtəbədə 6 ədəd, 3-cü mərtəbədə isə 2 ədəd eyvanın məhəccərləri quraşdırılmışdır.

        Bundan əlavə, 3-cü blokda əvvəllər qaldırıcı mexanizmin maneçilik törətdiyi  9 eyvanın hər birinin məhəccərləri quraşdırılıb başa çatdırılmışdır.

        Həmçinin, S.Tağızadə və M.Muxtarov küçələri istiqamətində cəmi 12 m³ zibil təmizlənərək yük maşınları ilə ərazidən çıxarılmışdır.

Fotolent

Yeni xəbərlər