"Azərbaycan Sənaye Korporasiyası" ASC İsveçrədə keçirilən "Kickoff Lausanne - 2023" startap biznes forumunda təmsil olunub

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Strateji inkişaf və kommersiya departamentinin Tədqiqat, innovasiya və “Startup”lara dəstək şöbəsinin aparıcı mütəxəssisi  Afər Mehrabova Əzimova İsveçrənin Lozanna şəhərində keçirilən "Kickoff Lausanne - 2023" startup biznes forumunda iştirak etmişdir. Gənc innovatorlara öz biznes ideyalarını inkişaf  etdirərək startap şirkətləri qurmaq imkanı yaradan tədbir  "Venture" tərəfindən təşkil edilmiş və  sponsorlar "ETH Zurich", "McKinsey & Company", "Knecht Holding" və “EPFL” kimi dünyanın ən nüfuzlu şirkətləri olmuşdur. Sözügedən biznes forumda startaplara daxil olmaq və startap ekosistemində network yaratmaq, eləcə də investor olaraq startaplara daxil olmaq istəyən şəxslər və tanınmış şirkətlər iştirak etmişdir. "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin nümayəndəsi tədbirdə təmsil olunan startapçılar  və investorlarla aparılan mövzular üzrə fikir mübadiləsi aparmış, “Venture” ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmişdir.

Fotolent

Yeni xəbərlər