8-11 fevral 2024-cü il tarixində Şahdağ dağına yürüşü əhatə edən qış alpinizm tədbiri keçirilib. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Maliyyə departamentinin əməkdaşı Telman Şükürlü həmin tədbirdə iştirak edib. Yürüşə Azərbaycanda dağ və trekkinq bələdçisi xidməti göstərən 67 nəfər dəvət olunub və qeydiyyatdan keçən 24 nəfərdən 8 nəfər qatılıb.
Tədbir çərçivəsində qış fəslində yürüş zamanı təhlükəsizliyin ən mühüm məqamlarına diqqət yetirilib. Fevralın 10-da alpinistlər Şahdağ zirvəsinin 4243 metr hündürlüyünə uğurla qalxıblar. Qeyd edək ki, sonuncu dəfə Şahdağa qış yürüşü 15 il əvvəl - 2009-cu ilin yanvarında baş tutub.