16 oktyabr 2023-cü il tarixində ADA Universitetində Kənd təsərrüfatı və qida elmləri üzrə yeni fakültənin yaradılması münasibətilə tədbir keçirilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə təşkil olunan tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri eləcə də digər məsul şəxslər iştirak edib.
Ərzaq itkisi və israfı, səbəblər və qarşısının alınması mövzusunda seminarla davam edən tədbirdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-ni İstehsal və əməliyyatlar departamentinin əməkdaşı Mürşüd Kazımlı təmsil edib.
Qeyd olunmalıdır ki, fakültə İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində yaradılıb və tədris olunacaq proqramlar bu sektorun qarşısında duran vacib məsələləri həll etməyə çalışacaqdır.