Türkiyə və Azərbaycan iş adamları birgə investisiya imkanlarını araşdırıblar

Aprelin 11-də İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən Türkiyə və Azərbaycan sahibkarlarının iştirakı ilə işgüzar görüş keçirilib. Sənaye, kənd təsərrüfatı, qida, logistika, maliyyə və konsaltinq, İKT, tekstil kimi sahələrdə fəaliyyət göstərən 70-dən çox iş adamının qatılmış olduğu tədbirdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  Strateji İnkişaf və Kommersiya departamentin əməkdaşları da iştirak edib. Cəmiyyətin nümayəndələri biznes dairələri üçün təşkil edilən ikitərəfli görüşlərdə təmasların qurulması, həmçinin uzunmüddətli əməkdaşlığa dair razılıqların əldə olunması yönündə fikir mübadiləsi aparıb, birgə investisiya imkanlarının araşdırılması, yeni işgüzar əməkdaşlıqların qurulması məsələlərini müzakirə ediblər.

Fotolent

Yeni xəbərlər