“Azərbaycan Sənaye Korporasiyası” ASC Azərbaycan-İsveçrə biznes forumunda təmsil olunmuşdur

Dekabrın 14-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), həmçinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-İsveçrə biznes forumu keçirilmişdir. Sözügedən forumda  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin əməkdaşları Günay Şirəlizadə, Elxan Qazizadə, Afər Mehrabova Əzimova və Arzu Məsiyev iştirak etmişdir. Korporasiyanın nümayəndələri iqtisadi tərəfdaşlığın genişlənməsi, yeni imkanların yaranması mövzusunda tədbir iştirakçıları ilə  müzakirələr aparmışlar.  Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında ikitərəfli münasibətlərin, iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından əhəmiyyət daşıyan tədbirə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı,  İKT,  bank, səhiyyə, tikinti, logistika, nəqliyyat, maliyyə, qida və s. sahələrdə fəaliyyət göstərən iş adamları qatılmışdır.  

Fotolent

Yeni xəbərlər