Məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir. 39 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib. Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoyan həmin tarix Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə ölkəmizdə Energetiklər Günü kimi təsis edilib.
“Azərbaycan Sənaye Korporasiyası” ASC Energetiklər Günü münasibətilə bu sahədə çalışanları, o cümlədən Cəmiyyətin törəmə müəssisələrindən biri olan “ASK Şəki Su Elektrik Stansiyası” MMC-nin kollektivini səmimi qəlbdən təbrik edir. Bu çətin və şərəfli peşə sahiblərinə üzərlərinə düşən missiyanı bundan sonra da ləyaqətlə davam etdirməkdə bol nailiyyətlər diləyir.
Bayramınız mübarək !