Prezident İlham Əliyevin Sərəncamı ilə İlqar Veysəl oğlu İsayev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktor müavini təyin olunub.
Trend-in məlumatına görə, İlqar İsayev bu təyinatadək Maliyyə Nazirliyinin “Sosial yönümlü layihələrin maliyyələşdirilməsi” şöbəsinin müdiri vəzifəsində işləyib.
Qeyd edək ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC Azərbaycan Prezidenti İlham Əliyevin 6 noyabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Müəssisənin Baş direktoru vəzifəsini Kamran Nəbizadə daşıyır