“Azərbaycan Sənaye Korporasiyası” ASC və Çin Xalq Respubikasının CEEC “China Energy Engineering Corporation” şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə bərpa olunan enerji resurslarından istifadə yolları, bu sahədə birgə fəaliyyətin araşdırılması və investisiya imkanlarının dəyərləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Yeni perspektivlərin müzakirəsi mövzusunda keçirilən görüşdə CEEC “China Energy Engineering Corporation” şirkətinin nümayəndələri tərəfindən həllini tapan işlər, əldə edilən nailiyyətlər barədə məlumat verilib. Hal-hazırda birgə araşdırılmaların aparılması davam etdirilməkdədir.