“Azərbaycan Sənaye Korporasiyası” ASC və “İHK Koblenz” arasında görüş keçirilib

 

         14 oktyabr 2024-cü il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatasının  dəstəyi ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azəralüminium” MMC və Almaniyanın Koblenz şəhərinin Sənaye və Ticarət Palatasının (“İHK Koblenz”) rəhbər heyəti arasında görüş keçirilmişdir. Görüşdə “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadov, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin direktoru Rüstəm Əkbərli, sözügedən departamentin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin Eldarov və  Alman-Azərbaycan Xarici Ticarət Palatasının, eləcə də  Koblenz şəhər Sənaye və Ticarət Palatasının rəhbər heyəti, həmçinin Almaniyadan gəlmiş bir sıra şirkət və  bəhsi keçən qurumların nümayəndələri iştirak etmişdir.

        Danışıqların əsas mövzusu “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə alman  şirkətləri   arasında qarşılıqlı əməkdaşlıq  əlaqələrinin gücləndirilməsi  və genişləndirilməsi, bundan  əlavə  Almaniyanın  Koblenz,  Münhen  və  digər şəhərlərini təmsil edən bir sıra şirkət nümayəndələri ilə iqtisadi əlaqələrin inkişafı istiqamətində müzakirələr olmuşdur. Biznes  tərəfdaşlığının  təşviqi  və qabaqcıl  biznes  təcrübələrinin  tətbiqi  baxımından əhəmiyyət  daşıyan  görüşdə  strateji  layihələrin  birgə  icrası  və bu yöndə əməkdaşlığın qurulması  perspektivlərinə  dair  danışıqlar da aparılmışdır. Sonda  birgə müzakirələrin davam etdirilməsi  və  gələcək  perspektivlərin  inkişafı ilə bağlı  razılıq  əldə  olunmuşdur. 

Fotolent

Yeni xəbərlər