“Abidə” MTK-nın tikintisi başa çatmamış binasında tikinti-quraşdırma işləri davam edir.

Podratçı şirkət “EL Constuct” MMC tərəfindən “Abidə” MTK-nın binası üzrə tikinti-quraşdırma işləri keçən həftə ərzində ardıcıl surətdə davam etdirilirmişdir. Belə ki, 29 noyabr 2021-ci il tarixindən 12 dekabr 2021-ci il tarixinə kimi olan müddət ərzində Süleyman Tağızadə küçəsi tərəfdən binanın -1 mərtəbəsindəki qeyri-yaşayış sahələrinə daxil olmaq və həmin küçədən əraziyə düşüb-qalxmaq üçün nəzərdə tutulan ümumilikdə 6 ədəd pilləkan və pilləkan meydançalarının ”ağlay” tavası ilə üzlənməsi və həmin küçə boyunca qurulmuş pilləvari istinad divarının üstünün 50 mm qalınlığında “ağlay” tavası ilə örtülməsi başa çatdırılmışdır.

      Həmçinin, daha  3 ədəd vitrajın ətrafı “ağlay” materialı ilə haşiyələnmiş və beləliklə, bu küçə tərəfdə 21 ədəd vitrajın haşiyələnməsi işləri yekunlaşdırılmışdır.

      Küçə boyu yaşıllaşdırma zolağını ümumşəhər əhəmiyyətli səkidən ayıran 13 pm uzunluğunda, ölçüləri 0,2x0,2 m olan beton sədd karkası yüksək texnologiyalara əsaslanan polimer kompozit armaturdan quraşdırılmaqla betonlanmışdır.

      -1 qeyri-yaşayış mərtəbəsində yeni açılmış qapı yeri perimetr boyunca sement-qum məhlulu ilə düzbucaq şəklinə gətirilmişdir.

      L.Tolstoy küçəsi tərəfdə yaşayış binasının beynəlxalq standartlara cavab verən metal ayaqaltılar quraşdırılmaqla konfiqurasiyası dəyişdirilmiş, vitrajlardan artıq 3 ədədi “ağlay” tavası ilə haşiyələnmiş, layihə üzrə 1-ci blokun girişinə maneçilik törədən torpaq-qaya qruntunun xüsusi texnika vasitəsilə dağıdılaraq ərazidən çıxarılması başa çatdırılmışdır. Ümumilikdə 25 ağır tonluq yük maşını və yaxud 600 m3 qrunt ərazidən daşınmışdır. Bundan başqa 1-ci blokun qarşısında orta hündürlüyü 4 m olan istinad divarının dəmir-beton özülü qurulmuşdur.

      Binanın həyətində 2 ədəd su anbarının və nasosxananın monolit xarici divarlarının və sütunlarının metal armatur karkasının quraşdırılmasına başlanılmış və işlər dayanmadan davam etdirilir.

      Yaşayış binasının pandusunun -5.25 səviyyəsindəki generator yerləşən otağının Zərgərpalan küçəsi tərəfindəki divarı 40 sm qalınlığında mişar daşından hörülərək xaricdən suvanmışdır.

      Yuxarıda qeyd olunanlarla bərabər yaşayış binası üzrə mövcud olan ümumilikdə 91 ədəd vitrajdan 20-si artıq şüşələnmişdir.

      Hər həftənin sonunda olduğu kimi bu həftə də tikinti sahəsindən inşaat zibili və müxtəlif növ məişət tullantıları yığılaraq səliqə-səhman işləri görülmüş, ərazidən yük maşınları ilə 30 m³ zibil daşınmışdır.

Fotolent

Yeni xəbərlər