21 avqust 2023-cü il tarixində Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida, tekstil, əczaçılıq, tikinti, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri, eləcə də “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin əməkdaşları, həmçinin Korporasiyanın törəmə müəssisələri olan “Azərpambıq ASK” MMC və “Azəripək” MMC-nin rəhbər heyəti iştirak ediblər. Qurumun nümayəndələri biznes forumda yeni əməkdaşlıq istiqamətlərinin və imkanlarının araşdırılması, birgə layihələrin icrasına dair müzakirələr aparıblar. Tədbir B2B formatında görüşlərlə davam edib.