26 may tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadənin rəhbərliyi ilə Misir Ərəb Respublikasının ölkəmizdə təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid arasında görüş keçirilmişdir.
Səfir Hişam Mohamed Nağı Abdel Həmid bildirmişdir ki, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın inkişafının yüksəldilməsi istiqamətində davamlı olaraq addımlar atılır.
Görüş zamanı Azərbaycan və Misir arasında mövcud qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, yeni perspektivlərin araşdırılması sahəsində müzakirələr aparılmış, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin portfoliosuna daxil olan müəssisələr üzrə strateji layihələrin birgə icrası əsas diqqət çəkən məsələlərdən olmuşdur. Bildirilmişdir ki, alüminium sənayesi o cümlədən anod blokları istehsalı üzrə Misirin çoxillik və geniş təcrübəsi birgə əməkdaşlıq üçün ciddi əhəmiyyət daşımaqdadır.
Sonda görüşün nəticəsi olaraq anod bloklarının istehsalı layihəsinin birgə daha ətraflı şəkildə arasdırılması və gələcək perspektivlərin öyrənilməsinə dair razılıq əldə olunmuşdur.