“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir

“ASK” ASC-nin Müşahidə Şurasının sədri Natiq Əmirovun sədrliyi ilə 21 oktyabr  2024-cü il tarixində videokonfrans formatında Şuranın növbəti iclası keçirilmişdir. İclasın gündəliyində duran  məsələlər “ASK” ASC-nin 2023-cü ilin yekunları üzrə kənar auditorun rəyi ilə birlikdə konsolidə edilmiş illik  maliyyə  hesabatının məqbul hesab edilərək təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinə razılığın verilməsi və törəmə cəmiyyətləri olan “ASK Aqro”, “ASK Xidmət”, “APK Raşa”  məhdud məsuliyyətli cəmiyyətlərinin gələcək fəaliyyət planları olmuşdur.  İclasda “ASK” ASC-nin Baş direktoru Kamran Nəbizadə və digər  vəzifəli şəxslərin məruzələri dinlənilmiş, cari məsələlər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilmişdir.

Fotolent

Yeni xəbərlər