“Azəralüminium” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir

17 aprel 2023-cü il tarixində  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə cəmiyyəti olan “Azəralüminium” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Korporasiyanın  Baş direktoru, Müşahidə Şurasının sədri Kamran Nəbizadənin sədrliyi ilə keçirilən iclasda struktur bölmələrinin Əsasnaməsi və Cəmiyyətin 2022-ci il üzrə illik maliyyə hesabatlarının müzakirəsi aparılmışdır. “Azəralüminium” MMC-nin fəaliyyətinin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsi, hüquqi cəhətdən normativ tənzimlənməsi, hüquqi təminat xidmətinin göstərilməsi yönündə  müzakirələr aparılaraq, müvafiq qərarlar qəbul edilmişdir.

Fotolent

Yeni xəbərlər