Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən 12 sentyabr 2022-ci il tarixindən 26 sentyabr 2022-ci il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri qrafik üzrə ardıcıl və fasiləsiz olaraq davam etdirilmişdir.
Süleyman Tağızadə küçəsi səmtində abadlıq işləri çərçivəsində yaşıllaşdırma sahəsini davam etdirmək məqsədilə ümumşəhər əhəmiyyətli səkiyə bitişik, 20 sm enində dəmir-kompozit-beton zolaq B25 marka betonla betonlanmışdır.
Qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində S.Tağızadə küçəsi tərəfdən giriş-çıxış qapısı qarşısında ikitərəfli xarici pilləkənin metal məhəccəri quraşdırılmışdır.
2-ci və 3-cü blokların qarşısında yeraltı qrunt sularının yığılıb kənarlaşdırılması üçün nəzərdə tutulan drenaj xəttinin davam etdirilməsi məqsədilə qaya qruntu xüsusi texnika ilə dağıdılıb və böyük tutumlu avtomaşınlarla ərazidən daşınıb çıxarılması işləri davam etdirilir.
Lev Tolstoy küçəsi tərəfdən qaraj mərtəbəsinə giriş pandusunun örtük tavası üzərində “ağlay” daşı ilə üzlənmiş meydançanın metal məhəccərinin quraşdırılması işləri görülməkdədir.
Yaşayış binasının su təchizatını təmin etmək məqsədilə inşa olunan 2 ədəd su anbarının arasında torpaqla əks doldurulmuş sahədə betonlanmadan öncə torpağın kipləşdirilməsi və qırmadaş əsasının düzəldilməsi işləri davam etdirilir.
Binadaxili görülən işlərdən layihə üzrə 1-ci blokun metal giriş qapısı quraşdırılmışdır. 3-cü blokda quraşdırılmış qapı yanları qranitlə üzlənmişdir. Eyni zamanda blokların giriş qapısı üzərində metal günlüklərin və qapı ətrafının işıqlandırılması üçün hərəkət sensoru ilə işləyən “led” lampalı çıraqların quraşdırılması işləri davam etdirilir.
Layihə üzrə 1-ci blokda mərtəbələrin eyvanında başa çatdırılmamış hündürlüyü h=1,1 m olan 4 ədəd tökmə alüminium məhəccər quraşdırılmışdır.
Binanın 6-10-cu mərtəbələrinin yan hissələrində mənzillərin lociyalarında PVC pəncərələrin quraşdırılması davam etdirilir.
Bütün bunlarla yanaşı tikinti-quraşdırma işləri ilə əlaqədar yaranmış inşaat zibili toplanaraq yük maşınları ilə ərazidən kənarlaşdırılmışdır.