"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin kollektivi Naxçıvan Muxtar Respublikasına səfər ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq "Azərbaycan Sənaye Korporasiyası" ASC və onun törəmə müəssisələri olan  "Azəralüminium" MMC, "Azərpambıq ASK" MMC və "ASK Əmlak" MMC-nin kollektivi 8-9 may 2024-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Muxtar Respublikaya səfəri zamanı Cəmiyyətin əməkdaşları Ulu Öndərin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan muzeydə Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar.  Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, zəngin irsinin dərindən öyrənilməsi və tədqiqi baxımından əhəmiyyət kəsb edən muzey  Ulu Öndərin anadan olmasının 90 illik yubileyi ərəfəsində açılıb. Burada görkəmli dövlət xadimi Heydər Əliyevin həm sovet dövrü, həm də müstəqillik illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri əhatə olunur.    

 

Fotolent

Yeni xəbərlər