“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Əmlak” MMC-nin baş mühasibi Ruqiyyə Ağaquliyeva Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların hər iki mərhələsini uğurla başa vuraraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatına layiq görülüb.
Azərbaycan Respublikasında peşəkar mühasib hüququnu əldə etmək üçün "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci fəslinin 14.1 maddəsinə uyğun olaraq peşəkar mühasiblər üçün nəzərdə tutulmuş müvafiq sertifikata sahib olmaq və peşəkar mühasib təşkilatının üzvü olmaq tələb edilir. Hazırda ictimai əhəmiyyətli qurumların əməkdaşları, o cümlədən özəl sahibkarlıq subyektləri, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda çalışan baş mühasiblər “Peşəkar mühasib” sertifikatı almalıdırlar. Peşəkar mühasiblər malik olduqları sertifikatın növünə uyğun peşəkar mühasib xidməti göstərmək hüququ əldə edirlər.