29 aprel 2022-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri Natiq Əmirovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasın gündəliyində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin 2021-ci ilin yekunları üzrə maliyyə-təsərrüfat göstəriciləri, Korporasiyanın əsas fəaliyyət istiqamətlərindən biri olan alüminium sənayesinin inkişaf perspektivləri, işçilərin stimullaşdırılması tədbirləri, həmçinin digər cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmiş, Korporasiyanın Baş direktoru Kamran Nəbizadənin və digər vəzifəli şəxslərin məruzələri dinlənilmişdir.