Qarabağ qazilərindən ibarət futbol klubu “ASK Arena”da

Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda apardığımız haqq mübarizəsində sağlamlıqlarını  itirmiş  qazilərdən  ibarət   "Qarabağ Amputee Futbol Klubu"-nun heyəti “ASK Arena”da təlim-məşq toplanışlarını davam etdirir.

Məşqlər zamanı fərqlənən oyunçular əlillərdən ibarət milli yığmaya cəlb olunacaqlar. Milli yığmanı isə qarşıda böyük yarış gözləyir. Belə  ki, milli komanda  bu  ilin  sentyabr ayında Polşanın Krakov şəhərində keçiriləcək  “Amputee-2021” Avropa Çempianatında iştirak edəcəkdir.

"Qarabağ Amputee Futbol Klubu"-nun bundan sonra da nəzərdə tutulan növbəti məşqləri  məhz  “ASK Arena”da keçiriləcəkdir.

Fotolent

Yeni xəbərlər