“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Forumda iştirak ediblər

     26-27 oktyabr tarixlərində Bakıda ilk dəfə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Geologiya-Mədənçilik – “GeoMining” Forumu keçirilmişdir. Dünyanın 30-a yaxın ölkəsindən dövlət qurumları, yerli və xarici şirkətlər, ümumilikdə 300-ə yaxın nümayəndənin qatıldığı tədbirdə “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin əməkdaşları da iştirak etmişdir.

     Forum çərçivəsində ölkəmizdə geologiya və dağ-mədən sahələrinin həm yerli, həm də xarici əməkdaşlıq baxımından böyük potensiala sahib olması, ölkəmizdə qeyd edilən sahələrin inkişafı istiqamətində atılan mühüm addımlar və nailiyyətlər iştirakçıların diqqətinə çatdırılmışdır. Bundan əlavə, yerli və xarici ekspertlər panel sessiyasında “Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycan üçün perspektivləri”, “Geologiya və dağ-mədən sənayesində yeni texnologiyaların və metodologiyaların tətbiqi”, “Geoekoloji problemlər və dağ-mədən sənayesində ətraf mühitin qorunması”, “Geologiya və dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri” kimi mövzularda çıxış etmişdir.

     Forum çərçivəsində Korporasiyanın əməkdaşları tədbirə qatılan şirkətlərin, tədqiqat insitutlarının nümayəndələri ilə görüşlər keçirmiş, mədənçilik sahəsində, xüsusilə “Daşkəsən Zəylik Alunit Mədəni” layihəsi barəsində müzakirələr aparmışdır.

Fotolent

Yeni xəbərlər