“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji İnkişaf və Kommersiya Departamentinin direktoru Rüstəm Əkbərli Harvard Universitetinin Təhsilin davamı Departamenti tərəfindən təşkil olunan “Strateji Layihələrin İdarəedilməsi” sertifikasiya proqramında əyani şəkildə iştirak edərək tamamlamışdır. Proqram çərçivəsində layihə idaretmə səviyyələrinin modelləşdirilməsi, layihə komandasının formalaşdırılması və idarəedilməsi, layihə büdcəsinin və iş qrafikinin təşkilindəki xətaların aradan qaldırılması yolları, risk planının hazırlanması, layihə kommunikasiyasının qurulması və bu kimi layihə idaretməsində digər vacib mövzular tədris olunmuşdur.Dünyanın 10-dan çox ölkəsi və 20-dən çox beynəlxalq şirkətin təmsil olunduğu iştirakçılardan ibarət tədris proqramına öz təcrübələrini bölüşmək məqsədilə qonaq qismində Harvard Universitetinin müxtəlif bölmələri üzrə layihə rəhbərləri də dəvət edilmişdir. Eyni zamanda tədris proqramının tərkib hissəsi olaraq layihə idaretməsi üzrə müxtəlif növ “case”lər müzakirə olunmuş və tapşırıqlar icra edilmişdir. Yekunda proqramı tamamlamış iştirakçılara sertifikatlar təqdim olunmuş və gələcək proqramlar barədə məlumatlandırılmışlar.