15 noyabr 2021-ci il tarixindən 27 noyabr 2021- ci il tarixinə kimi olan müddət ərzində L.Tolstoy, 86 ünvanında yerləşən iki mərtəbəli mövcud yaşayış binasının fasadının sement-qum məhlulu ilə suvaq işləri tamamlanaraq üzərinə “binder” məhlulu çəkilmiş və “tekstura” tipli emulsiya məhlulu ilə 2 qat boyanmışdır.
M.Muxtarov, 22 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan binanın suvaq vurulmuş arxa tərəfi 2-ci qat “tekstura” tipli emulsiya məhlulu ilə “ağlay” tavası rəngində boyanmışdır.
Layihə üzrə 1-ci blokun girişinə maneçilik törədən qaya qruntun xüsusi texnika vasitəsilə dağıdılaraq ərazidən çıxarılmasına başlanılmışdır. Artıq 120 m3 qrunt ərazidən daşınmışdır.
Zərgərpalan küçəsi tərəfdə binanın -1 və 1-ci mərtəbəsində vitrajların şüşələnməsi üçün Türkiyə istehsalı olan təhlükəsizliyi və dayanıqlığı ilə fərqlənən metal ayaqaltılar quraşdırılmışdır.
Süleyman Tağızadə küçəsi tərəfdən binanın -1 mərtəbəsindəki qeyri-yaşayış sahəsinə daxil olmaq və həmin küçədən əraziyə düşüb-qalxmaq üçün nəzərdə tutulan ümumilikdə 6 ədəd pilləkan və pilləkan meydançası B25 markalı betonla betonlanmışdır. Bundan başqa, həmin küçədən əraziyə düşüb-qalxmanı təmin edən 3 ədəd pilləkanın yan divarları (“bort”ları) və dəmir-beton tavası qurulmuşdur.
-1 qeyri-yaşayış mərtəbəsindən həyətə giriş-çıxışı təmin etmək məqsədilə eni 2.2 m, hündürlüyü 4.35 m ölçüsündə qapı boşluğu yaradılmış, önündə isə “ASK İzolit” MMC-nin istehsalı olan 8 mm diametrində polimer kompozit armaturdan 40 sm qalınlığında pilləkan meydançası qurulmişdur.
Eyni zamanda, 3-cü blokun -1 qeyri-yaşayış mərtəbəsindən həyətə düşüb-qalxmaq üçün nəzərdə tutulan pilləkanın tavaaltı hissəsi qurulmuşdur.
Binanın -2 qaraj mərtəbəsinin havalandırılmasını təmin edəcək xəvəngin (“framuqa”) önündə dəmir-beton çuxur qurulmuşdur.
İstinad divarlarının üstü ölçüləri 45x35x5 sm olan “ağlay” tavası ilə üzlənmişdir.
Həmçinin, 4 ədəd vitrajın ətrafı “ağlay” materialı ilə haşiyələnmiş və beləliklə, bu küçə tərəfdə 21 ədəd vitrajın 18 ədədi “ağlay” daşı ilə haşiyələnmişdir.
2 ədəd su anbarının və nasosxananın çalasının dibində 30 mm qalınlığında B7,5 marka sement-qum məhlulundan qoruyucu qat çəkilmiş, özülün armatur karkası quraşdırılmışdır.
Binanın damında papapet divarlarının iç tərəfi, lift maşın bölməsi, texniki otaq, havalandırma tumbaları və brandmaurların divarının səthləri “binder” məhlulu ilə yuyularaq “ağlay” tavası rəngində 2 qat boyanmışdır.
Yaşayış binasını fasiləsiz elektirik təchizatı ilə təmin etmək üçün Türkiyə istehsalı olan “AKSA” markalı 250 kVA gücündə AD 275 model generator gətirilərək quraşdırılmış və yerləşgəyə qoyulmuşdur.
Binanın +1 mərtəbələrində təmizlik və səliqə-səhman işləri görülmüş və yığılan zibillər yük maşını ilə ərazidən çıxarılmışdır.