“Azəralüminium” MMC-nin Gəncə Alüminium Kompleksinə infotur təşkil edilib

2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzinin təşkilatçılığı ilə “Azəralüminium” MMC-nin Gəncə Alüminium Kompleksinə infotur keçirilib. Yerli təşkilatlar ilə əlaqələrin möhkəmləndirilməsi və Azərbaycanda alüminium sənayesi haqqında maarifləndirmə məqsədi daşıyan infoturda 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin cari və məzun könüllüləri iştirak edib. “Azəralüminium” MMC-nin direktorunun müşaviri Ənvər Əkbərov tərəfindən könüllülərə şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Sonra kompleksin əsas istehsalat sahələri olan elektroliz zavodu, fasiləsiz metaltökmə zavodu və soyuq yayma zavodu, həmçinin yardımçı sahələr olan laboratoriya və anod prosesləri sexi ilə tanışlıq turu təşkil edilib, alüminium məhsullarının istehsalı prosesi haqqında ətraflı məlumat verilib.

 

Fotolent

Yeni xəbərlər