“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları beynəlxalq konfrasda iştirak ediblər

2024-cü il 15-16 may tarixlərində Bakıda “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfrası keçirilib. Konfrans telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini öz ətrafında toplayıb. Tədbir çərçivəsində sənayenin rəqəmsallaşma prosesinə birbaşa təsiri, onun innovasiya və tərəqqi üçün yaratdığı yeni perspektivlər haqqında danışılıb. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları sözügedən konfransda iştirak edərək, Azərbaycanın rəqəmsal texnologiyalar sahəsindəki fəaliyyəti, süni intellektin həyatımızdakı rolu  və bir sıra digər mövzulara dair  müzakirələrə qatılıblar.

Fotolent

Yeni xəbərlər