“Azərbaycan Sənaye Korporasiyası” ASC-də korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair maarifləndirici tədbir keçirilmişdir

23 dekabr tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mərkəzi aparatı, eləcə də törəmə müəssisələrinin rəhbər heyətinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”-nın icrası ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Korporasiyanın Baş direktorunun müavini İlqar İsayev korrupsiyaya qarşı mübarizədə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar, təşkilati tədbirlərin səmərəliliyindən bəhs edərək bildirmişdir ki, bu istiqamətdə görülən işlər nəticəsində qısa müddət ərzində korrupsiyaya qarşı mübarizədə uğurlu strategiya formalaşdırılmış və onun səmərəli tətbiqinə nail olunmuşdur. Tədbir iştirakçıları bu sahədə ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi, antikorrupsiya davranış modelinin formalaşdırılması istiqamətində  işlərin  gücləndirilməsi,  cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi, həmçinin korrupsiyaya qarşı mübarizəyə dair normativ hüquqi baza və dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış qaydaları haqqında məruzələr etmişlər. Tədbirdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair "Milli Fəaliyyət Planı"nın 2.4-cü və 6.2-cı bəndləri üzrə "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin aparatında və törəmə cəmiyyətlərində  bu yöndə görülən işlərin fəaliyyət istiqamətləri, effektiv mexanizmlərin tətbiq edilməsi, sistemli, kompleks tədbirlərin həyata keçirilməsi barədə müzakirələr aparılmışdır.

Fotolent

Yeni xəbərlər