"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir."
Ümummilli lider
Heydər Əliyev
"Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və
digər ölkələrə nümunə olacaqdır."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
“Azəralüminium” MMC Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesinin aparıcı şirkəti olaraq, gil-torpaqdan (aluminium oksidi), ilkin alüminium və aluminium yarımfabrikat (alüminium külçə, tökmə rulonları, soyuq yayma rulonları, lövhələri və zolaqları, həmçinin boyanmış rolunlar, pəncərə içlikləri) məhsullarının istehsalını həyata keçirir. “Azəralüminium” MMC-nin əsas istehsalan sahəsi - “Gəncə Alüminium Kompleksi” Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və ictimai obyektlər daxildir. Alüminium Kompleksi müasir, avtomatlaşdırılmış, texnologiyalar istifadə etməklə ildə 54 000 ton ilkin alü...
Respublikamızın qeyri-neft sektorunda məhsuldar və perspektivli fəaliyyəti ilə seçilən qurumlarından biri olan “Azərpambıq ASK” MMC 2018-ci ildə yaradılmışdır. Cəmiyyətin əsas fəaliyyət istiqamətini öz istifadəsində olan torpaq sahələrində, habelə fermerlərlə bağlanılan müqavilələr əsasında pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı təşkil edir. “Azərpambıq ASK” MMC-nin rayonlarda 14 müəssisəsi fəaliyyət göstərir:
“Azəripək” MMC 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir. Pambıqəyirmə istehsalatının 3 növbəli iş rejimində illik istehsal gücü 3 min ton olan mahlıc emalı, baramadan xam ipək açan istehsalat 1 növbəli iş rejimində illik istehsal gücü 350 ton yaş barama, toxucu istehsalatı 1 növbəli iş rejimində illik istehsal gücü 450 min p/m ipək, 400 min p/m pambıq parça,boyaq-bəzək istehsalatı 1 növbəli iş rejimində illik istehsal gücü 24 min ədəd kəlağayı, 4 min ədəd şərf və 8 min ədəd çitmə təşkil edir. Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və...
“ASK Şüşə” MMC 2018-ci ilin fevral ayında təsis edilmişdir. Müəssisə 22 ha ərazidə yerləşir, İtaliya və Çexiya istehsalı olan avadanlıqlarla təchiz edilmişdir. Müəssisənin əsas fəaliyyət sahəsini şüşə tara məhsullarının istehsalı təşkil edir. Zavodun illik istehsal gücü 70-75 milyon şüşə taradan ibarətdir. “ASK Şüşə” MMC ilə Çexiyanın “Sklostroy” şirkəti arasında qurulan əməkdaşlıq çərçivəsində müəssisənin istehsal gücünün və məhsulların keyfiyyətinin artırılması məqsədilə mövcud avadanlıqların yeniləri ilə əvəz edilməsi, aparılan modernizasiya işləri artıq yekunlaşmışdır. Hal-hazırda müasir avadanlıqların tətbiqi ilə yeni istehsal xətti işə salınmış və nəticədə müəssisənin fəaliyyətinin səmərəli təşkili, istehsal gücünün artırılması, standartlara uyğun keyfiyyətli məhsul istehsalı imkanı yaranmışdır...
“ASK Ayaqqabı Fabriki” MMC -nin ümumi sahəsi - 27079 m2, istehsal sahəsi - 7914.9 m2, anbar sahəsi - 3000 m2 və ofis sahəsi - 609.5 m2 təşkil edir. Cəmiyyətin 4 istehsal sexi, elektro-mexaniki sexi və labaratoriyası var. 1 №-li sex - ayaqqabıların üzlük hissələrinin yığılması, pəstahların formalaşdırılması, 2 №-li sex - ayaqqabı altlıqlarının injeksiya üsulu ilə tökülməsi, 3 №-li sex - ayaqqabıların üzlük, içlik hissələrinin kəsilməsi və altlıq hissələrinin hazırlanması, 4 №-li sex - zabit heyəti üçün yay və qış çəkmələri, kişi və qadın üçün gündəlik ayaqqabılar, o cümlədən idman ayaqqabılarının istehsalı ilə məşğuldur. Laboratoriyada isə daxil olan materialların və istehsal edilən ayaqqabıların test və sınaqları aparılır, onların keyfiyyət və davamlılıq göstəriciləri yoxlanılır. &ldquo...
“ASK Tekstil” MMC-nin nəzdində olan fabrikin iplik istehsal sahəsində 100 faiz pambıq olan 2 növ iplik istehsal edilir. Tam avtomatlaşdırılmış trikotaj toxuma avadanlıqları vasitəsilə, gətirilən ipliklərdən və fabrikin istehsalı olan pambıq ipliklərindən kişi, qadın və uşaqlar üçün müxtəlif növ trikotaj məhsulları, xüsusi geyimlər istehsal edilir. Köynək istehsalı sahəsində isə əsasən tərkibi 100 faiz pambıq olan parçalardan istifadə olunur. Ənənəvi istehsal sahələrindən biri də xalça istehsalı sahəsidir. Burada bitki mənşəli boyalardan istifadə edilir və Azərbaycanın bütün xalçaçılıq məktəblərinin nümunələrini görmək olar.
“ASK Xidmət” MMC 09 mart 2018-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsis edilmişdir. ”ASK Xidmət” MMC Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər, əsas fəaliyyəti isə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan dövlət əmlakının idarəedilməsi xidmətlərini göstərməkdir. Hal-hazırda, müəssisəmiz “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi, “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi 2-ci korpus, “AMAY” Ticarət Mərkəzi və digər əmlaklarda mülkiyyətçinin adından çıxış edərək obyektlərdə yerləşən qeyri-yaşayış sahələrini icarəyə vermək, texniki vəziyyəti nəzarətdə saxlamaq, yanğın təhlükəsizliyi və qüvvədə olan digər təhlükəsizlik normaların...
“ASK İdman Kompleksi” MMC 02 fevral 2018-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən təsis edilmişdir. Cəmiyyətin 09 mart 2021-ci il tarixli qərarına əsasən, törəmə müəssisənin adı dəyişdirilərək ”ASK Əmlak” MMC olmuşdur. ”ASK Əmlak” MMC-nin tərkibinə daxil olan, 2000-ci ildə AFFA tərəfindən inşa edilərək “Şəfa” stadiounu kimi fəaliyyətə başlamış “ASK İdman Kompleksi”-nin adı 2018-ci ilin fevral ayından etibarən dəyişdirilmiş və “ASK Arena” adı altında fəaliyyətini davam etmişdir. Kompleksin tərkibinə daxil olan meydançanın tutumu 8125 nəfərdir. Arenanın ərazisində futbol meydançaları, hovuz, fitnes mərkəzi, Milli Karate Federasiyası, karate idman zalları, boks üçün zal, ofis mərkəzləri, beynəlxalq standartlara cavabverən 4 ulduzlu “Avenue&rdqu...
“ASK İnşaat” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tikinti və tikinti məhsullarının istehsalı şöbəsinin funksiyasına uyğun olaraq aparılan layihələndirmə və tikinti-quraşdırma işlərinə texniki nəzarəti həyata keçirir. 2018-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə Balakən rayonu, Hənifə kəndində 2 ha torpaq sahəsi ayrılmış və həmin ərazidə ümumi gücü 540 ton olan 60 kameralıq “Balakən Tütün İstehsalı və Emalı” məntəqəsi inşa olunmuşdur. 2018-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən “Azərpambıq ASK” MMC üçün Biləsuvar Pambıq İstehsalı və Emalı Zavodunda 2 ədəd, Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodunda 4 ədəd, Saatlı Pambıq İstehsalı və Emalı Zavodunda 1 ədəd və Beyləqan Pambıq İstehsalı və Emalı Zavodunda 4 ədəd pambıq taya yerləri tikilib tam başa &ccedi...
Azərbaycan Respublikası Mingəçevir şəhərində yerləşən “Azərelektroizolit” zavodunun bazasında yaradılmışdır. Elektroizolyasiya materiallarının istehsalçısı olan bu müəssisənin məhsullarından iqtisadiyyatın bir çox sahələrində geniş istifadə olunur. Hazırda müəssisədə diametri 16 mm-dən 630 mm-dək olan polimer borular, 700 mm-dən 2000 mm-dək diametrli şüşə-plastik borular, 4mm - 32mm diametrdə və istənilən uzunluqda kompozit polimer armaturlar buraxılır. Zavodun istehsal xətlərində ayda 2,5-2,7 milyon manatlıq məhsul istehsal oluna bilər.
“ASK Şəki Kərpic” zavodunun istehsal gücü ildə 30 milyon ədəd kərpic təşkil edir. Hazırda zavodda 10 növ kərpic istehsal olunur. Zavodun xammal təminatı “Şəki Kərpic” zavodu və Şəki rayonu Daşüz Bələdiyyəsi arasında bağlanılmış icarə müqaviləsinə əsasən icarəyə götürülmüş 10 ha torpaq sahəsində yerləşən gil yatağından təmin olunur. Zavodda 76 nəfər işçi çalışır. İstehsal olunan məhsullar üçün Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Uyğunluq Sertifikatı alınmışdır.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Şəki, Qax və Ağsu rayonları ərazisində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkinə yararlı torpaq sahələrində müvafiq kənd təsərrüfatı bitkilərinin aqrotexniki tələblərə uyğun olaraq əkilib becərilməsi işləri “ASK Aqro” MMC-yə həvalə edilmişdir. 2022-ci ildə Şəki rayonunda 88 ha, Qax rayonunda 217.28 ha və Ağsu rayonu ərazisində yerləşən 25 ha kənd təsərrüfatı təyinatlı əkinə yararlı torpaq sahələrində müvafiq kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi əməliyyatlarının mövsüm ərzində həyata keçirilməsi planlaşdırılır.
"ASK Şəki SES" MMC Azərbaycanın vahid enerji sisteminə qoşulmuşdur. Stansiya kompleks təyinatlıdır, Şəki şəhərinin bir hissəsinin elektrik enerjisinə və suya olan tələbatını ödəyir. Stansiyada təmir-yenidənqurma işləri aparılmışdır. Stansiyanın Baş su hövzəsi tam yenidən qurulmuş, Almaniyanın “WKV” şirkətindən yeni güc avadanlıqları alınmış, stansiyaya gətirilərək, quqraşdırılmış və 2008-ci ilin mart ayında istismara verilmişdır. Hazırda stansiyanın gücü 1,3 mvt-dır. Yeni güc avadanlıqları istismara verildikdən sonra stansiyada elektrik enerjisi istehsalı 3 dəfə artmışdır. Hər ay orta hesabla 600-700 min kvt saat elektrik enerjisi istehsal edilir.Yeni avadanlıqlar istifadəyə verildikdən sonra stansiyada 2008-ci ildə 5096640 kvt.saat, 2009-cu ildə 6520800 kvt.saat, 2010-cu ildə 6384000 kvt.saat, 2011-ci ildə 5044536 kvt.saat, 2012-ci ildə 5162328 kvt.saat, 2013-cü ildə 6409608 kv...
Dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, müəssisələrin istehsal potensialının artırılmasına və onlar arasında əlverişli kooperasiya əlaqələrinin qurulmasına nail olmaq üçün yaradılmış Açıq Səhmdar Cəmiyyəti.