Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında yerləşən tikintisi başa çatmamış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən 03 iyul 2023-cü il tarixindən 17 iyul 2023-cü il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri davam etdirilmişdir.
L.Tolstoy küçəsi üzrə drenaj xəttinin çəkilişi məqsədilə qazılmış çala hər 20 santimetrdən bir sıxlaşdırılmaqla qruntla əks doldurulur.
Blok 1 və blok 2 tərəfdən qaraj mərtəbələrinin havasovurma şaxtalarının hörgü işi başa çatdırılmışdır.
Su anbarlarına paralel xarici yanğına qarşı 2000x2000 mm ölçülü dəmir-beton “yaş quyu”nun və siyirtmələr kamerasının divarlarının çöl səthi bitum məhlulu ilə ikiqat izoliyasiya olunmuşdur.
M.Muxtarov küçəsi səmtində quraşdırılacaq səki daşlarının bünövrəsi Ø12 mm armaturdan karkas toxunaraq B25 marka betonla betonlanmışdır. Hal-hazırda isə ümumi uzunluğu 50 pm, hündürlüyü isə yol səviyyəsinə uyğun olaraq 0.30m÷0.80m arasında dəyişən monolit dəmir-beton səkilərin quraşdırılması üçün armatur karkasının toxunması və qəliblərin quraşdırılması işləri görülməkdədir. Bundan başqa, yaşayış binası ilə qonşu olan M.Muxtarov, 22 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi arasında 2.70x3.65 (h) m ölçüdə istinad divarının mişar daşı ilə 40 sm enində hörgüsü və sement-qum məhlulu ilə suvanması işləri görülmüşdür.
Bundan başqa, qeyri-yaşayış sahələrində quraşdırılan vitrajlardan 6 ədədi şüşələnmişdir.
Binadaxili görülən işlərdən -3 qaraj mərtəbəsinin divarlarında boya hazırlıq işləri davam etdirilmişdir.
-2 qaraj mərtəbəsində döşəməyə vurulacaq eboksit boyanın aralıq və astar qatı vurulmuşdur. -3 qaraj mərtəbəsində də döşəmənin qurulması üzrə işlər davam etdirilmişdir. Bu istiqamətdə 1-ci və 2-ci bloklarda döşəməyə metal tordan karkas quraşdırılaraq B25 marka betonla betonlanmış və xüsusi texnika ilə döşəmə cilalanmışdır.
Binanın qeyri-yaşayış və yaşayış mərtəbələrinin siqnalizasiya sisteminin avtomatlaşdırılması başa çatdırılmış, hər 3 blokun girişindəki lift hollarında nəzarət panelləri quraşdırılmışdır.
Elektrik işləri çərçivəsində -3 qaraj mərtəbəsinin işıqlandırılması üçün 100x40 mm sinklənmiş kabel tavalarının və 100W led plafonların quraşdırılması davam etdirilmişdir.
Yaşayış mərtəbələrində 2-ci blokda fövqəladə hallar zamanı təxliyə məqsədilə 1400x2100 mm ölçüdə 7 ədəd xüsusi çıxış qapısı quraşdırılmışdır.
Abadlıq işləri çərçivəsində L.Tolstoy küçəsi səmtində su anbarları üzərində yaradılacaq istirahət meydançasının döşəməsinin ağlay daşı ilə üzlənməsi davam etdirilir.