“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları “Come to Dubai” adlı tədbirdə iştirak ediblər

13 mart tarixində Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında mövcud biznes əlaqələrinin inkişafında yeni imkanların yaranması baxımından əhəmiyyət daşıyan “Come to Dubai” adlı tədbir keçirilmişdir. Tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zati-aliləri cənab Məhəmməd Əl Bluşi çıxış etmişdir. Müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların qatıldığı görüşün əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olmuşdur. İqtisadiyyatın müxtəlif sahələrində böyük potensiala malik hər iki ölkə nümayəndələrinin iştirakı ilə keçən tədbirdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları da iştirak etmişdir. Cəmiyyətin nümayəndələri B2B görüşlər keçirmiş, ikitərəfli münasibətlərin inkişafı və investisiya imkanlarının həllinə dair müzakirələr aparmışdır.    

Fotolent

Yeni xəbərlər