“Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Səudiyyə Ərəbistanın şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

     2022-ci ilin 19 dekabr tarixində Bakıda Azərbaycan və Səudiyyə Ərəbistanı Biznes Forumu keçirilmişdir. Foruma Səudiyyə Ərəbistanını müxtləlif sahələr üzrə təmsil edən peşəkar şirkətlər qatılmışdır. Sözügedən tədbirdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları da iştirak etmişdir.

     Korporasiyanın əməkdaşları beynəlxalq şirkətlərlə B2B görüşlər keçirmiş, əməkdaşlıq perspektivləri, investisiyaların cəlb olunması istiqamətində müzakirələr aparmışdır. Müzakirələr çərçivəsində Səudiyyə Ərəbistanının “Al Suwaıket & Albusaıyes Lawyers & Legal Consultants LLC” şirkəti  ilə də danışıqlar olmuşdur.

      Aparılan danışıqlar nəticəsində ilkin mərhələdə sözügedən şirkət ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin fəaliyyət sahəsinə uyğun xidmətlər göstərən  Səudiyyə Ərəbistanının şirkətləri ilə əlaqələrin qurulması, birgə əməkdaşlıq perspektivlərinin araşdırılması, investisiya imkanlarının dəyərləndirilməsi üzrə Anlaşma Memorandumu imzalanmışdır.

      Qeyd olunmalıdır ki, 2006-cı ildən  fəaliyyətə başlamış “Al Suwaıket & Albusaıyes Lawyers & Legal Consultants LLC” şirkəti korporasiya, bank və maliyyə institutları, agentlik və dövlət qurumları, eləcə də transmilli şirkətlərə peşəkar hüquqi xidmətlər göstərir.

 

Fotolent

Yeni xəbərlər