“Abidə” MTK-nın yaşayış binasında qrafik üzrə tikinti-quraşdırma işləri davam etdirilmişdir

         “Abidə” MTK-nın yaşayış binasında 31.01.2022-ci il tarixindən 12.02.2022-ci il tarixinə kimi olan müddətdə tərtib olunmuş qrafik üzrə tikinti-quraşdırma işləri davam etdirilmişdir. Beləki, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsində 3 pilləli pilləkən qurularaq “ağlay” pilitəsi ilə üzlənmiş, ölçüləri 5.1x2.0x0.25 m olan monolit dəmir-beton istinad divarı qurulmuş, drenaj və məişət-təsərrüfat kanalizasiya xətlərinin daxili diametri 1.0 metr olan yığma dəmir-beton dairəvi halqalardan ibarət müvafiq olaraq 9.0 və 3.0 metr dərinliyində quyuları quraşdırılmışdır.

          Bundan başqa, Zərgərpalan küçəsi səmtində -8.35 səviyyəsində qeyri-yaşayış sahəsinə giriş-çıxışı təmin edəcək 28 metr uzunluğunda 2 panduslu, müxtəlif səviyyəli 5-7 pilləli pilləkənin dəmir-beton işləri yerinə yetirilmişdir. M.Muxtarov küçəsi səmtində əvvəllər çəkilərək istiqaməti qeyri-müəyyən olan drenaj xəttinin davam etdirilməsi məqsədilə (drenaj quyuları kortəbii şəkildə, yarımçıq quraşdırılaraq üstləri inşaat zibili ilə örtülmüşdür) xüsusi texnikanın köməyi ilə 13.2 metr dərinliyində çalanın təqribən 50%-i qazılmış, qazıntıdan çıxan 1536 m³ qrunt iri tutumlu yük maşınları ilə ərazidən daşınmışdır.

         İki ədəd su anbarından sayca ikincisinin xarici divarlarının, sütunlarının və rigellərinin armatur karkası yığılmış, hal-hazırda örtük tavasında oxşar işlər davam etdirilir. Eyni zamanda, L.Tolstoy küçəsi səmtində 1-ci blokun giriş-çıxış qapısı qarşısında inşa edilmiş istinad divarının üstü 50 mm qalınlığında “ağlay” daşı ilə üzlənmiş, onun da üzərində təhlükəsizliyin təmin olunması məqsədi ilə hündürlüyü 95 sm, uzunluğu 15.8 m olan həndəsi konfiqurasiyalı metal məhəccər quraşdırılmışdır. Bu istiqamətdə B25 markalı betondan monolit dəmir-beton istinad divarının növbəti və sonuncu hissəsi də qurulmuşdur.

         Binanın -2 qaraj mərtəbəsinin havalandırılması məqsədilə sinklənmiş metal vərəqlərdən yığılmış hava kanallarının quraşdırılmasına başlanılmışdır.

         Eyvanlarda “ağlay” daşından məhəccərlərin quraşdırılması işləri davam etdirilmişdir. Artıq birinci blokun 2 və 3-cü mərtəbələrində bu işlər tamamlanmış, 4-cü mərtəbədə davam etdirilir.

        Hər həftə sonunda olduğu kimi bu dəfə də ərazi inşaat zibilindən təmizlənərək 6 m³ müxtəlif təyinatlı bərk tullantılar yük maşını ilə ərazidən çıxarılmışdır.

Fotolent

Yeni xəbərlər