1 dekabr 2022-ci il tarixində “AHK Azərbaycan” İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirilmişdir. Yaxın günlərdə dərc olunacaq “AHK İnsan Resursları Insights” buraxılışlarının əsas nəticələrinin müzakirəsinə həsr olunmuş görüşdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin İnsan resursları şöbəsinin müdiri Süsən Cəfərli də iştirak etmişdir. Tədbirdə müzakirə edilən əsas mövzular performansın idarə edilməsi, loyallığın artırılması üçün mexanizmlər, işçilərin bağlılığı və saxlanılması, həmçinin işçilərin rifahı və əqli sağlamlığı ilə bağlı olmuşdur. Görüş zamanı sadalanan mövzuların əsas nəticələri Azərbaycanda insan resursları sahəsi ilə əlaqədar təcrübədə üzləşilən ən vacib və çətin sualları cavablandıra biləcək məqalələr üzərindən iştirakçılara təqdim olunmuşdur.