Bakı şəhəri 160 saylı klassik gimnaziyanın 2-ci sinif şagirdi Murad Məmmədov və 8-ci sinif şagirdi Alperen Kanlı Monteneqronun Ultsin şəhərində keçirilən, “Avropa Şahmat Birliyi” (ECU), “Məktəblilərin Beynəlxalq Şahmat Birliyi” (ISCU) və “Monteneqro Şahmat Federasiyası” (MCF) tərəfindən təşkil edilən “Məktəblilərin Şəxsi Avropa Kuboku 2019” yarışmasında iştirak edərək, 1-ci yerə layiq görülüblər. Avropa Şahmat Birliyinə üzv olan bütün milli federasiyaların təmsil olunduğu və 3 mərhələ üzrə keçirilən bu kubokda həmyerlilərimiz “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin dəstəyi ilə iştirak ediblər.