“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının təsis etdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devzi ilə keçirilən respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə “Fəxri Diplom” ilə təltif olunub.
Qeyd etmək lazımdır ki, “Azəralüminium” MMC-də əmək şəraiti, əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə məsələlər, sanitar gigiyena vəziyyətinə riayət olunması, iş yerlərində əmək şəraiti və əməyin mühafizəsinə düzgün əməl edilməsi istiqamətində tətbiq olunan tələb və şərtlərin yerinə yetirilməsinə hər zaman xüsusi önəm verilir.
Bundan əlavə, Cəmiyyətin əməkdaşları üçün ayrılan sosial güzəştlər, həmçinin şəhid ailələrinə və 1-ci Qarabağ Müharibəsi qazilərinə maddi yardımlarıın verilməsi də “Azəralüminium” MMC-nin rəhbərliyi tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.