“Abidə” MTK-nın yaşayış binasının tikintisi üzrə işlər davam etdirilir

      Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında yerləşən  tikintisi başa çatmamış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən 05 dekabr 2022-ci il tarixindən 28 dekabr 2022-ci il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri qrafik üzrə ardıcıl və fasiləsiz olaraq davam etdirilmişdir.

      Abadlaşdırma işləri çərçivəsində L.Tolstoy küçəsi boyu 1.35 m enində, 26 m uzunluğunda səki, 1.0 m enində, 30 m uzunluğunda sökülmüş müvəqqəti çəpərin yeri, həmçinin 7 ədəd avtomobil üçün nəzərdə tutulan yerüstü avtodayanacaq yerinin alt yapısı karbonat ilə kipləşdirilərək asfaltlanmışdır.

     L.Tolstoy küçəsi tərəfdən 2-ci və 3-cü blokların qarşısında yeraltı qrunt sularının yığılıb kənarlaşdırılması üçün nəzərdə tutulan drenaj xəttinin quraşdırılması işləri davam etdirilir. Həmin küçəyə paralel olan  52 metrlik drenaj xəttinə aid xəttin mərkəzində quraşdırılacaq quyu üçün 6 ədəd Ø1000 mm dəmir-beton halqa alınıb tikinti ərazisinə gətirilmişdir. Drenaj xəttinin davam etdirilməsi məqsədilə fasiləsiz axan yeraltı təzyiqli qrunt suları nasoslarla ərazidən kənarlaşdırıldıqdan sonra keçid halqası ilə birlikdə 3 ədəd Ø1000 mm dəmir-beton halqa quraşdırılmış  və  üzərində şahmat qaydası ilə Ø18 mm ölçüdə dəliklər açılaraq 9.8 pm uzunluğunda,  Ø315 mm ölçüdə polimer drenaj borusu çəkilmişdir.

     Məhəllədaxili avtomobil yolunun nasosxana üzərindən keçən hissəsində nasosxananın dəmir-beton örtük tavasının üzərinin izoliyasiyası işlərinə başlanılmışdır. Bu məqsədlə ilkin olaraq örtük tavasının üzərinə 25 mm qalınlığında düzləndirici sement-qum məhlulu çəkilmişdir.  

     Binadaxili görülən işlərdən qaraj mərtəbəsinin -2 səviyyəsinin havalandırması üçün sinklənmiş metaldan düzəldilmiş hava kanallarının quraşdırılması  və -3 səviyyəsində xarici divarların mişar daşı ilə ikiqat hörülməsi işləri davam etdirilir.

      2-ci blokda yaşayış mərtəbələrinin dəhlizlərində divar və tavanların emulsiya ilə ikiqat boyanması işləri görülür.

Fotolent

Yeni xəbərlər