“Abidə” MTK-nın yaşayış binasının tikintisi üzrə işlər davam etdirilir

        Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında yerləşən  tikintisi başa çatmamış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət  "EL Construct" MMC tərəfindən  01 avqust 2023-cü il tarixindən 14 avqust 2023-cü il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri davam etdirilmişdir.

         Binanın həyətinin abadlaşdırılması çərçivəsində L.Tolstoy küçəsi üzrə meydançadaxili yollara yığma dəmir-beton bardyür daşları quraşdırılaraq qalınlığı 8 sm-ilk, 5 sm üst qat olmaqla 13 sm qalınlığında, səkilərə isə 5 sm qalınlığında asfalt örtüyü çəkilmişdir. M.Muxtarov küçəsi səmtində isə həyətdə 20x20x6(h) sm ölçüdə səki daşlarının döşənməsi üçün relyefin təşkili işləri görülməkdədir.

      L.Tolstoy küçəsi səmtində 3 ədəd havasovurma şaxtasının planlaşdırma səviyyəsindən yuxarı hissəsi binanın fasadının memarlıq quruluşuna həmahəng şəkildə ağlay daşları ilə üzlənmişdir.

      M.Muxtarov küçəsi səmtində yağış sularının qəbulu üçün həyətdə açıq drenaj kanalının dəmir-beton alt tavası və divarları B25 marka beton ilə betonlanmış və kanal qapalı drenaj xəttinin mövcud quyularına birləşdirilmişdir.

      -1 mərtəbəsində qeyri-yaşayış sahələrinə 2 ədəd 2.00x4.35(h) m ölçüdə düzbucaqlı şəklində, 2 ədəd isə 2.00x3.70(h) m ölçüdə tağvari alüminium giriş qapılar quraşdırılmışdır.

      Binadaxili görülən işlərdən -3 qaraj mərtəbəsinin divarlarında boya hazırlıq işləri davam etdirilmiş, həmin mərtəbədə yerləşən 2 ədəd texniki otağa metal giriş qapısı quraşdırılmışdır. Həmçinin, -2 qaraj mərtəbəsində döşəmənin qurulması üzrə işlər davam etdirilmişdir. Bu istiqamətdə hər 3 blokda döşəməyə eboksit boyadan ilk üzlük qatı vurulmuşdur.

      Binanın -3 qaraj mərtəbəsində siqnalizasiya sisteminin quraşdırılması işləri çərçivəsində tüstü xəbərverici dedektorların və odadavamlı yanğın kabellərinin quraşdırılması başa çatdırılmışdır.

      Elektrik işləri çərçivəsində -3 qaraj mərtəbəsinin işıqlandırılması üçün 100x40 mm ölçüdə sinklənmiş kabel tavalarının və 100Wt led plafonların quraşdırılması başa çatdırılmışdır. Bundan başqa, hər 3 blokun elektrik şit otaqlarında ümumi bina üzrə 139 mənzilə elektrik sayğacı quraşdırılmışdır.

       3-cü blokun yaşayış mərtəbələrində fövqəladə hallar zamanı təxliyə məqsədilə 1400x2100(h) mm ölçüdə 13 ədəd xüsusi çıxış qapısı quraşdırılmışdır.

Fotolent

Yeni xəbərlər