06 sentyabr 2023-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mərkəzi aparatı və qurumun tabeliyində olan törəmə müəssisələrin rəhbər heyəti, Tender komissiyalarının sədrləri, eləcə də satınalma üzrə mütəxəssislərin iştirakı ilə 14 iyul 2023-cü il tarixli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar iclas keçirilmişdir. İclasda Qanunun tətbiqinə dair müəyyən məsələlər müzakirə edilmiş, daxili prosedurların layihələrinin hazırlanaraq qısa müddət ərzində “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə təqdim olunması barədə göstərişlər verilmiş və Qanunun öyrənilməsi məqsədilə mütəmadi olaraq toplantıların keçirilməsi qərara alınmışdır.