“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilmişdir

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə cəmiyyəti olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilmişdir. Müşahidə Şurasının sədri, Korporasiyanın Baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə keçirilən iclasın gündəliyində  duran məsələ “İşin nəticələrinə görə kollektiv mükafatlandırmanın növləri və qaydaları haqqında” Əsasnaməyə dəyişikliklərin təsdiq edilməsi olmuşdur.  İclasda törəmə cəmiyyətin  fəaliyyəti ilə bağlı digər  cari məsələlər  müzakirə edilərək, müvafiq tapşırıqlar verilmişdir.  

Fotolent

Yeni xəbərlər