Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında yerləşən tikintisi başa çatmamış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən 14 avqust 2023-cü il tarixindən 28 avqust 2023-cü il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri davam etdirilmişdir.
Binanın həyətinin abadlaşdırılması çərçivəsində Zərgərpalan küçəsi səmtində meydançadaxili yollara yığma dəmir-beton bardyür daşları quraşdırılaraq asfalt örtüyünün ilk qatı çəkilmişdir. M.Muxtarov və S.Tağızadə küçələri səmtində isə həyətdə 20x20x6(h) sm ölçüdə səki daşlarının döşənməsi başa çatdırılmışdır. Bina həyətindən M.Muxtarov küçəsinə qalxıb-enmək üçün 8 m uzunluğunda 4 pilləli pilləkənin hörgü işi tamamlanmış, 1-ci mərtəbənin qeyri-yaşayış sahəsinin giriş qapısı önündə quraşdırılmış meydança ağlay daşı ilə üzlənmişdir. Bundan əlavə, L.Tolstoy küçəsi səmtində istinad divarları və Zərgərpalan küçəsi tərəfdə binanın –2 mərtəbəsinin fasadının 25 kv.metrlik sahəsi ağlay rəngində fasad emulsiyası ilə ikiqat boyanmışdır.
M.Muxtarov küçəsi səmtində yağış sularının qəbulu üçün həyətdə quraşdırılmış açıq drenaj kanalının dəmir-beton divarları üzərində 16.6 pm uzunluğunda polad künclükdən və Ø12 mm armaturdan hazırlanmış metal qəfəsəsi quraşdırılmışdır.
1-ci mərtəbədə qeyri-yaşayış sahələrinə 1 ədəd 2.00x3.70(h) m ölçüdə tağvari alüminium giriş qapılar quraşdırılmışdır.
Binadaxili görülən işlərdən -2 qaraj mərtəbəsində döşəmənin qurulması üzrə avtomobil yerlərinin nömrələnməsi və istiqamətverici nişanların (üfüqi nişanlama) vurulması işləri görülmüşdür. -3 qaraj mərtəbəsində isə divar və tavanların emulsiya ilə boyanmasına başlanılmışdır.
Hər 3 blokda yaşayış və qeyri-yaşayış mərtəbələrində siqnalizasiya sisteminin proqramlaşdırılması işləri görülmüşdür.
Havalandırma işləri çərçivəsində L.Tolstoy küçəsi səmtində ventilyasiya şaxtaları üzərində 3 ədəd 1.25x0.55x2.00(h) m ölçüdə metal vərəqdən hazırlanmış zontlar, -3 qaraj mərtəbəsində isə 4 ədəd 5400 m3/saat odadavamlı kanal ventilyatoru quraşdırılmışdır.
Binadaxili elektrik işləri üzrə elektrik şit otaqlarında havalandırma ventilyatorlarının 4x2.5 mm2 en kəsikli elektrik təchizatı kabellərinin mərkəzi şəbəkəyə birləşdirilməsi və avtomatların quraşdırılması işləri görülmüşdür.
6-10-cu mərtəbələrin lociyalarında boya hazırlıq işləri binanın Zərgərpalan küçəsi tərəfində davam etdirilmişdir.