“Azərbaycan Sənaye Korporasiyası" ASC-nin əməkdaşı innovasiyalara həsr olunmuş tədbirdə iştirak etmişdir

Dekabrın 13-də Bakıda PAŞA Holdinq  tərəfindən “İnnovation Summit” adlı tədbir  keçirilmişdir. “Azərbaycan Sənaye Korporasiyası" ASC-nin  Strateji  inkişaf və kommersiya departamentinin əməkdaşı Afər Mehrabova Əzimova həmin tədbirdə iştirak etmişdir.  Nüfuzlu şirkətlərin qatıldığı  “İnnovation Summit” PAŞA Holdinq, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi  tərəfindən təşkil edilmiş və sponsorları  "Bakcell", "Pasha Bank", "SOCAR", “Pasha İnsurance”, “HUAWEI” şirkətləri olmuşdur.  Aid olduğu  sahədə yeniliklərə imza atmaq, innovasiya ekosisteminin bir parçası olmaq və düzgün əlaqələr quraraq inkişaf etmək sammitin əsas müzakirə mövzusunu təşkil etmişdir.  "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin əməkdaşı tədbirdə iştirak edən şirkətlərin nümayəndələri və startapçılar ilə fikir mübadiləsi aparmış, yeni əlaqələrin qurulması istiqamətində  müzakirələrə qatılmışdır.

Fotolent

Yeni xəbərlər