“Abidə“ MTK-nın yaşayış binası üzrə işlər davam edir

      Hava şəraitinin əlverişsiz keçməsinə baxmayaraq 13 dekabr 2021-ci il tarixindən ötən müddət ərzində “Abidə“ MTK-nın yaşayış binası üzrə işlər dayandırılmamışdır. Əsas işlərdən Süleyman Tağızadə küçəsi boyu yaşıllaşdırma zolağını ümumşəhər əhəmiyyətli səkidən ayıran 53 pm uzunluğunda, ölçüləri 0.2x0.2 m olan beton sədd   karkası yüksək texnologiyalara əsaslanan polimer kompozit armaturdan quraşdırılmaqla betonlanmışdır.  Bundan başqa həmin küçə tərəfdə 29 ədəd vitraj şüşələnmişdir. Küçə boyu qruntla əks doldurma işləri yekunlaşmış, yaşıllaşdırma sahəsi 30 sm qalınlığında münbit torpaqla örtülmüş,  əraziyə “xan çinar”ları əkilmişdir.

        L.Tolstoy küçəsi tərəfdə vitrajlardan 3 ədədi şüşələnmiş, 1-ci blokun qarşısında ümumilikdə 48 m² istinad divarı antiseysmik dəmir-beton şaquli sütunlar quraşdırılmaqla hörülmüşdür.

         2 ədəd su anbarının və nasosxananın monolit dəmir-beton özülü betonlanmış, xarici divarlarının və sütunlarının metal armatur karkasının quraşdırılması davam etdirilir.

        Binanın M.Muxtarov küçəsi tərəfdə 3 ədəd vitraj şüşələnmişdir.

        Pandusun -8.35 səviyyəsində nəzərdə tutulan texniki otağın xarici divarları 20 sm enində mişar daşı ilə hörülərək sement-qum məhlulu ilə suvanmışdır. -8.35 səviyyəsindəki pandusun giriş-çıxış hissəsində sağ yan divarı, -11.45 səviyyəsindəki pandusun hər iki monolit dəmir-beton yan divarı B25 marka beton ilə betonlanmışdır. Həmçinin xarici divarın izolyasiyası məqsədilə fasad hissəsinin səthinə ikiqat bitum məhlulu çəkilmiş və 10 sm enində kərpic ilə hörülmüşdür.

       Binanın yaşayış və qeyri-yaşayış mərtəbələrində havalandırma üzrə hazırlıq işlərinə başlanılmışdır.

       Hər həftənin sonunda olduğu kimi bu həftə də tikinti sahəsindən inşaat zibili və müxtəlif növ məişət tullantıları yığılaraq səliqə-səhman işləri görülmüş, ərazidən yük maşınları ilə 5 m³  zibil daşınmışdır.

        

 

Fotolent

Yeni xəbərlər