“Azəripək” MMC-nin istehsalı olan kəlağayılar Milli Qonaqpərvərlik Festivalında təmsil olunub

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzində (VDNX) Milli Qonaqpərvərlik Festivalı təşkil olunmuşdur. Bu festival Rusiya Federasiyasının Prezidenti yanında Millətlər Şurası, Rusiyanın Millətlər üzrə Federal Agentliyi, Moskva şəhərinin Milli Siyasət və Regionlararası Əlaqələr Departamenti tərəfindən dəstəklənən illik bayramdır. Tədbirin əsas məqsədi xalqlar arasında tarixi dostluq missiyasının davam etdirilməsidir. Festival çərçivəsində Heydər Əliyev Fondu və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə qurulmuş Azərbaycan pavilyonunda milli mətbəximiz ,sənətkarlıq və digər mədəniyyət nümunələrimizdən ibarət proqram təqdim olunmuşdur.  Həmçinin “Azəripək” MMC-nin milli ruhda işlənmiş naxışları ilə gözoxşayan kəlağayılarından ibarət stendi də festivalda öz əksini tapmışdır. Zəriflik rəmzi sayılan kəlağayının ən gözəl nümunələri bu stenddə bir arada toplanıb və festivalda iştirak edən qonaqların böyük marağına səbəb olmuşdur. Bu kəlağayılar milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi sayılan qədim sənət növünün bütün gözəlliklərini özündə əks etdirir.

Fotolent

Yeni xəbərlər