“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşı V4ATB proqramı ilə bağlı tədbirdə iştirak edib

02 iyun 2023-cü il tarixində Bakıda Çexiya, Macarıstan, Polşa, Slovakiya və Azərbaycandan olan çoxsaylı innovasiya ekosistemlərinin liderlərinin iştirak etdiyi “V4 (Vişeqrad Qrupu ölkələri) - Azerbaijan Tech Bridge (V4ATB)” startap proqramının finalı baş tutmuşdur.

Azərbaycanda V4ATB proqramı Polşa Respublikasının təşəbbüsü ilə 2022-ci ilin əvvəlindən həyata keçirilir. Layihə Beynəlxalq Vişeqrad Fondu tərəfindən maliyyələşdirilir və V4 ölkələrinin səfirlikləri tərəfindən dəstəklənir.

Tədbirdə beynəlxalq münsiflər heyəti tərəfindən təqdim edilmiş 160-dan çox müraciət arasından seçilən 10 yüksək səviyyəli  Azərbaycan startapı Bakıya gəlmiş Çexiya, Macarıstan, Polşa və Slovakiyadan olan investorlar, VC fondları, akseleratorlar, biznes mələklər, bankirlər, mentorlar və ekspertlərdən ibarət auditoriyaya təqdim edilmişdir.

Startap ekosistemi və innovasiyalar mövzusunda maraqlı çıxışların təqdim olunduğu tədbirdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin Tədqiqat, innovasiya və startaplara dəstək şöbəsinin əməkdaşı Teymur Hacıyev də  iştirak etmiş, təmsil olunan startaplar ilə partnyorluq, dəstək əlaqələri mövzusunda müzakirələr aparmışdır.

Fotolent

Yeni xəbərlər