“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə Şirvan Pambıq Emalı Zavodunda mövcud vəziyyətlə tanış olub

         “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə "Azərpambıq ASK" MMC-nin Şirvan rayonunda yerləşən Pambıq Emalı Zavodunda olub. Zavodun Pambıq Emalı və Yağ Emalı sexlərində mövcud vəziyyətlə tanış olan Korporasiyanın baş direktoru növbəti mövsümə hazırlıq işləri ilə bağlı tövsiyyə və göstərişlər verib.  

         Sonda Şirvan Pambıq Emalı Zavodunun gələcək fəaliyyəti və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb, təkliflər dinlənilib. Qaldırılan məsələlərin operativ həlli üçün “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru tərəfindən müvafiq tapşırıqlar verilib.

Yeni xəbərlər