“Azərpambıq ASK” MMC-nin direktor müavini vəfat etmişdir

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərpambıq ASK”  MMC-nin  direktor müavini  Elxan Məmmədov ömrünün 63-cü ilində vəfat etmişdir.  

Elxan Məmmədov 12 yanvar 1958-ci ildə Moskva şəhərində anadan olub. 1980-ci ildə Moskva Dağ-Mədən İnstitutunu, 1991-ci ildə Moskva Yeyinti Sənayesi İnstitutunu bitirib. 1992-1993-cü illərdə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətində sənaye, nəqliyyat və rabitə sahələri üzrə icra başçısının müavini vəzifəsində çalışıb. Müxtəlif vaxtlarda “Birləşmiş Millətlər Təşkilatı”nın Qaçqınlar Üzrə Ali Komissarı, “ADRA”, “CHF International”, “İRC”, “Avropa İttifaqı”, “BMT İnkişaf Agentliyi”, “Avropa Yenidənqurma və İnkişaf Bankı” kimi beynəlxalq təşkilatlarda ekspert olaraq çalışıb. “Gəncə-Pivə” ASC-nin İdarə Heyətinin Sədr Müavini olaraq maliyyə və əməliyyat sahələrinə rəhbərlik edib, 2005-ci ildən “Azərbaycan Bank Tədris Mərkəzi”ndə  ekspert, sonra isə Baş Məsləhətçi olaraq maliyyə və risklərin idarəedilməsi sahələri üzrə təlim və məsləhət xidmətli göstərib. “Gilan Agricultural Groupe”da investisiya və strateji planlaşma üzrə baş analitik kimi çalışıb. 22 dekabr 2017-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin maliyyə departamentində direktor müavini, 1 aprel 2021-ci ildə isə  “Azərpambıq ASK”  MMC-də direktor müavini vəzifəsinə təyin olunmuşdur.

Çalışdığı kollektivdə mehriban, səmimi və əsl dost rəftarı ilə həmkarlarının  hörmətini, rəğbətini qazanmış, dəyərli mütəxəssis və gözəl insan Elxan Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

“Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrinin kollektivi   mərhumun doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini bölüşür, Uca Tanrıdan səbr diləyir.

Allah rəhmət eləsin!

Fotolent

Yeni xəbərlər