“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir

12 aprel 2022-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Müşahidə Şurasının sədri, Korporasiyanın Baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə keçirilən iclasın gündəliyində “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin Müşahidə Şurasının komitələrinin yaradılması və onun rəhbərlərinin vəzifəyə təyin edilməsi, korporativ katibliyin əsasnaməsi və Cəmiyyətin 2021-ci il üçün maliyyə göstəriciləri kimi məsələlər  müzakirə olunmuş, Baş direktor və digər vəzifəli şəxslərin məruzələri dinlənilmişdir. 

Sonda  müzakirə  olunan  məsələlər  üzrə qərarlar qəbul olunmuş, Müşahidə Şurasının komitələrinin yaradılması və onun rəhbərlərinin vəzifəyə təyin edilmiş, Cəmiyyətin korporativ katibinin əsasnaməsi  təsdiq  olunmuşdur.

Fotolent

Yeni xəbərlər