“Azərbaycan Sənaye Korporasiyası” ASC-də “Dr. Agro” startapı ilə görüş keçirilib

 

     16 iyun 2023-cü il tarixində  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  Tədqiqat, innovasiya və startaplara dəstək şöbəsinin əməkdaşları  ilə “Dr. Agro” startapı arasında əməkdaşlıq  əlaqələrinin müzakirəsinə dair görüş keçirilib.  

     “Dr. Agro” AgroTech startapıdır və hazırda  fermerlərin məhsuldar fəaliyyəti istiqamətində 11 fərqli xidmət, o cümlədən 33 növ bitki üçün avtomatik həyata keçirilən bir çox xidmətlər təqdim edir ki,  bu da nəticə etibarı ilə fermerlərə ehtiyacı olan məlumatların asan əldə edilməsində dəstək olur.

      Görüş zamanı yeni və innovativ metodların tətbiqi ilə aqrar xidmətləri göstərən “Dr. Agro” platforması haqqında startap komanda tərəfindən ətraflı məlumat verilib. Bundan əlavə məhsuldar və geniş miqyaslı  fəaliyyət üçün tədbiq sahəsi ilə təmin olunmaq, sözügedən platformanın təqdimatı məqsədi ilə  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdində olan törəmə müəssisələrin  ərazisində  sınaqlar aparmaq  və  fermerlər  ilə mütəmadi görüşlərin təşkilində dəstək göstərilməsi mövzusunda müzakirələr aparılıb.   

Fotolent

Yeni xəbərlər